Azərbaycanla sülh müqaviləsinin 16 bəndindən 13-ü tam razılaşdırılıb – Ermənistanın baş naziri Nikol Paşinyanbackend

Azərbaycanla sülh müqaviləsinin 16 bəndindən 13-ü tam razılaşdırılıb – Ermənistanın baş naziri Nikol Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan təsdiqləyib ki, Azərbaycanla sülh müqaviləsinin 16 bəndindən 13-ü tam razılaşdırılıb. O, sənədi imzalamağa və sonra qalan məsələləri müzakirə etməyə hazır olduğunu bildirib.

“Mən mümkün qədər tez bir zamanda (Azərbaycanla) sülh və münasibətlərin qurulmasına dair razılaşdırılmış mətni imzalamağa hazır olduğumuzu təsdiq etmək istəyirəm. Biz təklif edirik ki, artıq razılaşdırılmış məsələləri götürək, imzalayaq, əlimizdə fundamental sənədimiz olsun və sonra başqa məsələlərin müzakirəsini davam etdirək”.

Editor.az bildirir ki, bu barədə Ermənistanın baş naziri “İrəvan dialoqları” beynəlxalq forumunun açılışında deyib. Paşinyan qeyd edib ki, “əsasən üç təklifdən ibarət” daha üç bənd qismən razılaşdırılıb. “Deyə bilərik ki, bu bəndlərin bir təklifi razılaşdırılıb, digəri razılaşdırılmayıb”.

//Samir Qurbanov, Editor.az