Ermənistan və Azərbaycan sülh sazişinin 16 bəndi üzrə razılığa gəliblər.
Editor.az bildirir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İsveçrədə keçirilən Parlamentlərarası İttifaqın Assambleyasında danışıb.
Alen Simonyan diqqəti tərəflərin hazırda razılığa gəlmək ərəfəsində olmasına yönəldib. “Sülh prosesinin bir neçə ay əvvəl ciddi şəkildə başladığı kontekstdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış beş bənd üzrə bizim razılaşmamızı istəyirdi.
Məmnuniyyətlə bildirirəm ki, bu gün biz 16 bənd üzrə razılıq əldə etmişik”, – ER parlamentinin spikeri deyib.
//Samir Qurbanov, Editor.az

