Azərbaycanla Türkiyə arasında yeni Yol Xəritəsi imzalandıbackend

Azərbaycanla Türkiyə arasında yeni Yol Xəritəsi imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Əli Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Editor.az-a nazirlikdən məlumat verilib.

Görüş zamanı Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının həyata keçirilməsi, kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi, “Hökumət buludu” və digər məsələlər üzrə gələcək əməkdaşlıqla əlaqədar müzakirələr aparılıb.

Görüşün sonunda “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun Yol Xəritəsi” imzalanıb.

Yol Xəritəsi əsasında əməkdaşlığın əsas məqsədlərini rəqəmsal transformasiya sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi ilə yanaşı, insan resurslarının inkişafı təşkil edir.

Xatırladaq ki, sözügedən İşçi qrupunun yaradılması məsələsi 2021-ci ilin fevral ayında Türkiyədə keçirilmiş görüşdə tərəflər arasında razılaşdırılıb. Sonrakı görüşlər zamanı əməkdaşlıq üzrə əsas istiqamətlər müəyyən edilərək Yol Xəritəsinin hazırlanmasına dair razılığa gəlinib.

Loading...