Azərbaycanlı aktrisanın başına iş gəldi: “Ölə bilər” – FOTOlarbackend

Azərbaycanlı aktrisanın başına iş gəldi: “Ölə bilər” – FOTOlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış aktrisa Üzel Kərimovanın əlini pişik dişləyib.

Editor.az  publika.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü instaqramda məlumat paylaşıb. O bildirib ki, hadisədən sonra əli şişməyə başladığı üçün xəstəxanaya gedib.

“Yazan, zəng edən hər kəsə təşəkkür edirəm. Gördüyünüz kimi yaxşıyam. Pişik dişləmişdi, ciddiyə almadım, səhlənkarlıq elədim. Həkim “maksimum ölə bilərsən” deyənə qədər də bu məsələ mənim üçün ciddi deyildi.

Özüm evdə qərar verib qəbul etdiyim antibiotiklə sağalmağı planlayırdım. Əlimdəki vəziyyət ciddiləşib qoluma təsir elədiyində, yaxınlarımın məsləhəti və təzyiqi ilə təcili yardıma getdim. Artıq hər şey qaydasındadır. Hələ bir neçə il birlikdəyik. Özünüzü qoruyun, özünüzə qarşı daha diqqətli olun”, – Ü.Kərimova qeyd edib.