Azərbaycanlı aktrisanın geyimini “başına qaxınc etdilər” – VİDEO – FOTObackend

Azərbaycanlı aktrisanın geyimini “başına qaxınc etdilər” – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa və müğənni həyat yoldaşı Aysel İbrahimovanın geyimi başına bəla olub.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, dəri rəngində dar şalvar və üzərinə isə uzun yağmurluq geyinən Aysel güzgü qarşısına keçərək “look”unu sosial şəbəkə hesabında nümayiş etdirib.

Bundan sonra isə sosial şəbəkə əhli İbrahimovanın geyindiyi şalvarı qısa ətək sanıblar və geyim tərzinə çox sayda tənqid dolu fikirlər səsləndiriblər.

Aysel ünvanına gələn neqativ şərhlərə belə cavab verib:

“Qızlar bir neçə fikirlərinizə aydınlıq gətirim. Bu, “krem” rəngində olan gördüyünüz şalvardır.

Mən hələ həyatımda bu qədər qısa ətək geyinməmişəm. Yəni ağlınıza da bunu gətirməyin”.