Azərbaycanlı aktrisaya Dubayda “fotoşop”la hicab geyindirdilər – FOTObackend

Azərbaycanlı aktrisaya Dubayda “fotoşop”la hicab geyindirdilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı aktrisa Səbinə Əhmədova rol aldığı rus serialı “Содержанки”nin (Məşuqələr – red.) yeni mövsümünün Dubaydakı reklamında fotoşopa məruz qalıb.

Editor.az olay-a istinadən xəbər verir ki, “Dubai Frame”də nümayiş etdirilən posterdə ona hicab geyindirilib. Şahidlərin dediyinə görə, aktrisanın orijinal geyimdə – ağ paltarda olduğu rəqəmsal plakat təxminən bir gün nümayiş etdirilib.

Qeyd edək ki, serial fevralın 16-da “Start” platformasında yayımlanacaq. Ekran işində türk aktyor Cengiz Coşkun da çəkilib.

Onu da bildirək ki, Səbinə Əhmədova 1981-ci ildə Bakıda doğulub. O, 2004-cü ildən Rusiyada müxtəlif layihələrdə rol alır.