Azərbaycanlı alimlər Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblərbackend

Azərbaycanlı alimlər Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu nəzdindəki Türk Tarix Cəmiyyəti, Milli Müdafiə Universiteti və Fatih Müharibə Tarixi Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə “Türk hərbi təhsil və təlim tarixi” mövzusunda beynəlxalq simpozium keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iki gün davam edən beynəlxalq tədbirdə hərbi musiqiyə, jandarm təşkilatının təlim fəaliyyətlərinə, İngilis Kral Hərbi Hava Qüvvələri Kollecində türk aviatorlarına, hərbi təhsilə, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətində təlim fəaliyyətinə və s. mövzulara həsr olunmuş 79 məruzə dinlənilib.

Simpoziumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Sevinc Əliyeva “Şimali Qafqazda hərbi təhsilin inkişafında Osmanlı hərbçilərinin rolu (1918-1920)”, AMEA-nın Folklor İnstitutunun Müasir folklor şöbəsinin aparıcı elmi işçisi Tahir Orucov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi təhsilin inkişafı və Azərbaycan Respublikası ilə Osmanlı Türkiyəsi arasında hərbi əməkdaşlıq”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura rəisi polkovnik Atamalı Şahbazov “Azərbaycan Xalq Cümhuriyyətində Qafqaz İslam Ordusunun hərbi təhsil və təlim fəaliyyətləri”, Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov “Azərbaycanda hərbi təhsil: Heydər Əliyev adına Ali Hərbi Akademiyanın tarixi haqqında”, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin İctimaiyyətlə əlaqələr və analitik informasiya sektorunun aparıcı mütəxəssisi Aqil Məhərrəmov isə “İslamdan qabaq türk cəmiyyətlərində hərbi musiqi və alətlər daxil olmaqla musiqi və çalğılar” mövzusunda məruzələrlə çıxış ediblər.