Azərbaycanlı aparıcı evli sevgilisi tərəfindən döyüldü – FOTObackend

Azərbaycanlı aparıcı evli sevgilisi tərəfindən döyüldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Model və aparıcı kimi tanınan Razi Əliyeva, özünün döyülmüş halda fotosunu instagramda paylaşıb “polisazərbaycan” səhifəsini işarələyək şikayətçi olduğunu bildirib.

Editor.az  azmedia.az-a istinadla xəbər verir ki, o, Ziya adlı şəxslə əvvəllər sevgili olub , daha sonra isə bu şəxsin evli olduğundan xəbər tutduqda ondan ayrılmaq qərarına gəlib.

Bundan sonra həmin şəxs onun həyatını cəhənnəmə çevirib.

O, Razi Əliyevanı evdə günlərlə saxlayıb, işgəncə verib, təhqirlərə məruz qoyub. Evdən qaçmağı bacaran model, anasının yanına gedib. Daha sonra həmin şəxs Razinin anasına və özünə yazaraq barışmaq niyyətində olduğunu və onunla evlənmək istədiyini bildirib.

Etdiyi bu təklifə imtina alan şəxs daha da qəzəblənərək təhqir dolu mesajlar yazıb , Razinin anası yaşadığı evə gələrək qapını sındırmağa cəhd edib.

Məsələ ilə bağlı modelin paylaşdığı fotoları sizə təqdim edirik.