Azərbaycanlı bloger 3,8 milyona avtomobil ALIB? – FOTObackend

Azərbaycanlı bloger 3,8 milyona avtomobil ALIB? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və MDB ölkələrində məşhurlaşan video bloqer Hüseyn Həsənov daha bir lüks avtomobil alacağına işarə vurub. 

Editor.az bizim.media-ya istinadən xəbər verir ki, hazırda Dubayda olan Hüseyn sosial şəbəkə hesabında 2022- ci ilin lüks modeli “Bugatti Chiron Super Sport” önündə foto paylaşaraq, həmin nəqliyyat vasitəsinə sahiblənəcəyini bildirib.

Diqqət çəkən məqam isə sözügedən avtomobilin qiymətinin 3.8 milyon avro (təxminən 6.8 milyon manat) olmasıdır.

“Anlayırsınız hansı avtomobil qarajımda yer alacaq?”, – deyə H.Həsənov yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Hüseyn Həsənov Dubaydakı avto salonların birindən dəyəri 1 milyon 233 min manata “Rolls-Royce Ghost” markalı lüks nəqliyyat vasitəsini alıb.