Azərbaycanlı deputat istefa verdibackend

Azərbaycanlı deputat istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcü Arzusu”nun Marneuli Bələdiyyə Məclisindəki üzvü Rəhman Musayev istefa verib

Bununla bağlı Gürcüstanın Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze məlumat paylaşıb.

“Bu gün səhər saatlarında Rəhman Musayev gəldi öz mandatından istefa etdiyini bildirdi”, – deyə Amiran Giorgadze bildirib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu”nun Bələdiyyə deputatı və Qırxlı ictimai məktəbində gürcü dili fənnini tədris edən müəllim Rəhman Musayev dərs keçdiyi şagirdləri diz üstə çökdürərək cəzalandırıb. O, eyni zamanda şagirdlərin fotoşəklini çəkərək yaxınları ilə bölüşüb.

Sözügedən foto ictimailəşdikdən sonra Rəhman Musayev səhhətində problem olduğunu deyərək, məktəbdəki vəzifəsindən istefa verib.

Sözügedən məsələ ölkənin gündəminə çevrilib.

Publika.az