Azərbaycanlı deputatın mindiyi təyyarədə NASAZLIQ YARANDIbackend

Azərbaycanlı deputatın mindiyi təyyarədə NASAZLIQ YARANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Vüqar Bayramovun mindiyi təyyarədə nasazlıq yaranıb.

Editor.az xəbər verir ki, bu barədə deputat məlumat verib.

Vüqar Bayramov qeyd edib ki, təyyarə bu gün Türkiyə saatı ilə saat 16.20-də İstanbuldan Milan şəhərinə uçmalı idi:

“Təyyarəyə minik bitdikdən sonra motor çalışmaları başladı, amma uçuşa başlarkən təyyarədə texniki problemlərin olduğu bəlli oldu. Uçuş xəttində olan təyyarə texniki xidmət bölümünə aparıldı. 2 saatlıq yubanma ilə texniki baxışdan sonra təyyarə havaya qalxa bildi. Hazırda TK 1875 saylı reys ilə Milana doğru uçuş həyata keçirilir”.