Azərbaycanlı deputatın təşəbbüsü ilə Nikolayev şəhərində yardımlar davam edirbackend

Azərbaycanlı deputatın təşəbbüsü ilə Nikolayev şəhərində yardımlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Nikolayev şəhərində azərbaycanlı gənc deputat Ramil Ağabəyovun rəhbərliyi ilə əhaliyə yardımlar davam edir.

Editor.az xəbər verir ki, son 2 həftə ərzində 2 min ailəyə humanitar yardım paylanılıb. Yardım paketinə əsasən ərzaq paketi, gigiyena vasitələri və körpə uşaqlara zəruri məhsulları daxildir. Bu aksiyalar 15 hündürmərtəbəli binanın və şəxsi həyət evlərinin sakinlərini əhatə edib. Gənc deputat savaşın ilk günlərindən əslən Salyan rayonundan olan atası Zaur Ağabəyovla birgə həm ordunun qidalanmasında, həm də şəhər əhalisinin içməli su sıxıntısı yaşadığı ilk günlərdə vətəndaşların qayğısına qalıb. Buna görə ata və oğul Nikolayev şəhər meri tərəfindən fəxri fərmanla təltif olunub.