“Azərbaycanlı deputatlarla çörək kəsməyəcəyik” – İrəvanda “nahar imtinası”backend

“Azərbaycanlı deputatlarla çörək kəsməyəcəyik” – İrəvanda “nahar imtinası”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı deputatlar İrəvanda  AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak edirlər.

Soltan Məmmədov Feysbukda paylaşım edərək bunları yazıb: “İrəvandan dünya azərbaycanlılarına salamlar! Su çərşənbəniz mübarək olsun!!!”.

Millət vəkillərimiz gücləndirilmiş mühafizənin müşayiəti ilə tədbirin keçirildiyi İrəvan İdman-Konsert Kompleksinə gəliblər.

Dünən Tahir Mirkişili və Soltan Məmmədovun şərəfinə İrəvandakı “Pandok Erevan” restoranında nahar verilib.

Ermənistan parlamentində təmsil olunmuş müxalifət partiyalarının mənsubları dəvət alsalar da, nahara qatılmayıblar.

Onlar Ermənistanın AVRONEST-dəki nümayəndə heyətinin üzvləri – “Ermənistan” fraksiyasından Artur Xaçatryan və “Şərəfim var” fraksiyasından Hayk Mamicanyandır.

Erməni müxalifətçilər AVRONEST-in bu axşam İrəvandakı “Yasaman” restoranında verəcəyi şam yeməyinə qatılmaqdan da imtina ediblər.

“Azərbaycanlılarla bir masa arxasında oturaraq onlarla çörək kəsmək niyyətimiz yoxdur. Tam əksinə, azərbaycanlı deputatların Ermənistan paytaxtına gəlməsinə qətiyyətlə etiraz edirik”, – A.Xaçatryanla H.Mamiconyan deyiblər.

Erməni müxalifətçi deputatların bu isterik demarşı əslində tamamən mənasız və absurd olub. Çünki azərbaycanlı deputatların özləri şovinist ermənilərlə bir masa arxasına əyləşməkdən imtina ediblər.