Azərbaycanlı gənc parkinqə görə adam öldürdübackend

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub.

Editor.az lent.az-a istinadən bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir.

Münaqişə şübhəlinin öz avtomobili – ağ rəngli “Toyota Camry”ni giriş qapısında saxlaması səbəbindən baş verib. Bina sakini buna görə ona irad bildirib və bu qarşı tərəfin xoşuna gəlməyin. Nəticədə azərbaycanlı bıçaqla həmin şəxsə hücum edib.

Bu barədə məlumatı Lüblin Rayonlararası Prokurorluğu yayıb.

Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bu gün səhər dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəlməsini gözləmədən şübhəli şəxs avtomobilini hadisə yerində qoyub və qardaşı ilə birlikdə başqa avtomobilə minərək qaçıb.

Məlumata görə, azərbaycanlı 2022-ci ilin avqustunda Rusiyaya gəlib. O, Moskvada qeydiyyatda olub, lakin qeydiyyat bitdikdən sonra paytaxtda qeyri-qanuni yaşamağa davam edib.

Təqsirləndirilən şəxsin “qəsdən adam öldürmə” maddəsi ilə təqib olunmasına Lüblin Rayonlararası Prokurorluğu nəzarət edir.

Hazırda onun axtarışları davam edir.