Azərbaycanlı gənclər İstanbul Aydın Universitetinə təşəkkür etdibackend

Azərbaycanlı gənclər İstanbul Aydın Universitetinə təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul Aydın Universitetində(İAU) təhsil alan və məzun olmuş bir qrup azərbaycanlı gənc universitetə Azərbaycanın Qarabağda başlatdığı Böyük Vətən müharibəsində verdiyi böyük dəstəyə görə, təşəkkür edib.
Universitetdə hazırda təhsil alan tələbələr, eyni zamanda məzun olan gənclər Editor.az-a bildiriblər ki, İAU müharibənin başlandığı ilk gündən etibarən verdiyi rəsmi bəyanatlar, sosial media hesablarında paylaşımları və fərdi olaraq azərbaycalı gənclərə göstərdikləri diqqət ilə Azərbaycanın yanında olduğunu bəyan edib:

“Universitetin Mütəvəlli Heyət Başqanı Dosent Mustafa Aydın başqa olmaqla, İstanbul Aydın Universiteti davamlı olaraq, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün başladığı əks -hücum əməliyyatlarına dəstək vermiş, Ermənistanın ölkəmizdəki mülki insan və obyektlərə qarşı həyata keçirdiyi hücumları qəti şəkildə pisləmişdir. Bununla universitetimiz yalnız Azərbaycana deyil, ədalətə, beynəlxalq hüquq normalarına olan diqqət və hörmətini ifadə etmişdir.

İstanbul Aydın Universiteti Vətən müharibəsindən öncə də Azərbaycana qarşı xüsusi diqqətlə yanaşmış, ölkəmizin haqq səsinin, Xocalı soyqrımının dəhşətlərinin təbliği üçün bütün imkanları ilə dəstək vermişdir. Bununla bağlı İAU-da onlarla tədbirlər, konfranslar keçirilimişdir. Biz İAU-ya Azərbaycan haqq işinə verdiyi dəstəyə görə, çox təşəkkür edirik. Azərbaycanın yanında olan, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan İstanbul Aydın Universiteti ailəsinin bir üzvü olmaqdan qürur hissi keçiririk”.

İstanbul Aydın Universitetininin azərbaycalı tələbə və məzunları adından,

Müjgan Əliyeva- İstanbul Aydın Universitetinin məzunu
Sənan Quliyev-İstanbul Aydın Universitetinin tələbəsi
Müşfiq Hüseynov-İstanbul Aydın Universitetinin məzunu
Xosrov Mahmudzadə-İstanbul Aydın Universitetinin tələbəsi
Fərid Şahbazlı-İstanbul Aydın Universitetinin məzunu
Nəzrin İbrahimova-İstanbul Aydın Universitetinin məzunu
Günel Umayeva-İstanbul Aydın Universitetinin məzunu
Fikrət Həsənli-İstanbul Aydın Universitetinin tələbəsi
Ramin Ələkbərov-İstanbul Aydın Universitetinin tələbəsi