“Azərbaycanlı hərbçilər çox rahat şəkildə Xankəndidə gəzib-dolaşırlar” – Erməni analitikbackend

“Azərbaycanlı hərbçilər çox rahat şəkildə Xankəndidə gəzib-dolaşırlar” – Erməni analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan hərbçiləri Dağlıq Qarabağda rahatlıqla gəzib-dolaşırlar”.

Editor.az Azxeber.com-a istinadən bildirir ki, bu barədə Dağlıq Qarabağda erməni “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan “Facebook” səhifəsində yazıb:

“Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndidə dollaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini evlərindəki kimi hiss edirlər.

Doğrudur, bunlar Rusiya sülhməramlıların müşayiəti ilə baş verir. Amma bu, mahiyyəti dəyişmir”.

O, bütün baş verənlərdə Ermənistan Baş naziri Nikol Paşinyanı günahlandırıb.