Azərbaycanlı hüquq müdafiəçisinin Tvitterdəki paylaşımı Ermənistanı qarışdırdı – Yerevandan reaksiyalar gəldibackend

Azərbaycanlı hüquq müdafiəçisinin Tvitterdəki paylaşımı Ermənistanı qarışdırdı – Yerevandan reaksiyalar gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az xəbər verir ki, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov özünün Tvitter hesabında Xankəndi şəhərinin Azərbaycan ordusunun nəzarəti altına keçəcəyi və orada yaşayan erməni mülki vətəndaşların qalıb, öz yaşayışlarına davam edə biləcəklərini yazıb. Bu tvit qısa müddət ərzində Ermənistanda və xaricdə yaşayan erməni diasporası arasında geniş müzakirələrə səbəb olub. Minlərlə erməninin şərh yazdığı bu tvitə Ermənistandan rəsmi açıqlamalar da gəlib.

“İnsanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək,” – bu açıqlama Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyandan gəlib. Ruben Məlikyan azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun bu barədə açıqlamasına reaksiyasında yazıb.

Qarabağdakı erməni separatçılarının “Parlament sədri” Artur Tovmasyan isə “Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməli olduğunu və ATƏT-in Minsk Qrupunun fəaliyyətini davam etdirməsini zəruri sayaraq, Azərbaycanın ünvanına ittihamlar səsləndirib.

Bundan başqa, Ermənistanın müxtəlif ictimai-siyasi fəalları, jurnalist və blogerlər azərbaycanlı hüquq müdafiəçisinin tvitinə sərt etiraz edərək, çaşqınlıq içində paylaşımlar ediblər.

Ermənilər anlamırlar ki, 44 günlük müharibədə biabırçı məğlubiyyətlə üzləşmiş Ermənistan ordusu tamamilə məhv olub və 10 Noyabr 2020-ci il tarixli müqavilə ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub. Hazırda rus sülhməramlılarının nəzarətində olan Xankəndi və digər ərazilər də məhz həmin razılaşmanın şərtlərinə uyğun olaraq, Azərbaycan hərbçilərinin nəzarətinə veriləcək və həmin ərazilərdə erməni hərbi birləşmələri olmayacaq. Azərbaycan Respublikasının vətəndaşı olmuş yerli ermənilər isə öz həyatlarına davam edə biləcəklər.