Azərbaycanlı idmançının “Instagram”da səs-küy yaradan görüntüləri – FOTOLARbackend

Azərbaycanlı idmançının “Instagram”da səs-küy yaradan görüntüləri – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı idmançı Samirə Mustafayeva sosial şəbəkədə paylaşdığı fotolarla yenidən diqqət mərkəzinə düşüb.

Editor.az ölkə.az-a istinadən bildirir ki, şəkillər idmançının “Instagram” səhifəsində paylaşılıb.

Dünya miqyaslı gimnastın atla çəkdirdiyi fotolara minlərlə bəyənmə gəlib. 800 minə yaxın izləyicisi olan Samirə fərqli paylaşımları ilə tez-tez izləyicilərinin marağına səbəb olur.

Qeyd edək ki, Samirə Mustafayeva – FİG-in versiyasına görə, dünya miqyaslı gimnastdır. O, komanda birinciliklərində dəfələrlə dünya mükafatları qazanıb, Sankt-Peterburqun absolyut çempionu, Rusiyanın idman ustasıdır.

Azərbaycan, sonra isə Rusiya millisində çıxış edib. Karyerasını 2013-cü ildə bitirib, hazırda Moskvada yaşayır.

2019-cu ildə rusiyalı biznesmen Nikolay Kondratyuka ərə gedib..