Azərbaycanlı iş adamı Messinin ad günündə iştirak edib – VİDEObackend

Azərbaycanlı iş adamı Messinin ad günündə iştirak edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbolunun superulduzu, argentinalı Lionel Messinin ad günündə iştirak edib.

Bu barədə o sosial şəbəkə səhifəsində məlumat verib.

Həmyerlimiz Messinin doğma şəhəri Rosarioya gəlib. Əhmədzadə burada ilk dəfə olduğunu da qeyd edib.

Kadrlardan biznesmenin futbolçuya Azərbaycan xalçası hədiyyə etdiyi anlaşılır.

Qeyd edək ki, dünən Messinin 36 yaşı tamam olub.