Azərbaycanlı iş adamı Moldovada Ərdoğanın yenidən prezident seçilməsi münasibəti ilə qurbanlar kəsibbackend

Azərbaycanlı iş adamı Moldovada Ərdoğanın yenidən prezident seçilməsi münasibəti ilə qurbanlar kəsib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycanlı iş adamı İlqar Gülmalıyevin təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərdoğanın qələbəsi münasibəti ilə qurbanlar kəsilərək Moldova İslam Mədəniyyət Mərkəzindəki müsəlmanlara bayram süfrəsi açılıb.

Moldova İslam Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan müsəlmanların yeganə ibadət məkanıdır. Mərkəzdə uşaqlar və gənclər üçün dini kurslar, yataqxana və ibadət otaqları fəaliyyət göstərir.

Dini bayramları daima birlikdə qeyd edən türklər, azərbaycanlılar, qaqauzlar, özbəklər və digər müsəlman xalqların nümayəndələri bu dəfə Türkiyə Cümhuriyyətində prezidünt seçkilərinin böyük uğurla başa çatması münasibəti ilə təşkil olunmuş bayram süfrəsi ətrafında bir araya gəliblər.

Moldova İslam Mədəniyyət Mərkəzinin rəhbəri Cümali Gül qeyd edib ki, Türkiyə cümhuriyyəti nə qədər güclü olarsa, islam ölkələri bir o qədər qüdrətli olar.Türkiyədə başa çatan prezident seçkilərini demokratiyanın və azad seçimin qələbəsi kimi dəyərləndirən Cümali Gül Türkiyənin daha güclü dövlətə çevrilməsi üçün daima dualar etdiklərini bildirib. O, Moldova İslam Mədəniyyət Mərkəzinin inşa olunmasına və burada dini mərasimlərin keçirilməsinə daima maddi və mənəvi dəstək verdiyinə görə Azərbaycanlı iş adamı İlqar Gülmalıyevə minnətdarlığını bildirib.