Azərbaycanlı iş adamı qəfil öldübackend

Azərbaycanlı iş adamı qəfil öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamı Çingiz Abbasov dünyasını dəyişib.

Editor.az  konkret.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.

İş adamının qəfildən ürəyi dayanıb.

Qeyd edək ki, Çingiz Abbasov 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Uzun illər Ukraynada yaşayıb. Onun Donetskdə olan evi və obyektləri Ukrayna-Rusiya müharibəsi zamanı dağıdılıb. Xarkova köçən azərbaycanlı bir müddət idi ki, orada məskunlaşmışdı.