Azərbaycanlı iş adamı Türkiyədə qəza törətdi – Videobackend

Azərbaycanlı iş adamı Türkiyədə qəza törətdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərinin Beşiktaş ilçəsində azərbaycanlı iş adamı kimi təqdim edilən şəxs lüks “Mersedes” markalı avtomobillə qəza törədib.

Editor.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə gecə yarısı Balmumcu məhəlləsi, Barbaros bulvarı ərazisində baş verib.

Belə ki, Rəfail Əliyev Azərbaycana məxsus 99 MB 888 dövlət nömrəli lüks avtomobiliylə Zəncirliquyu istiqamətindən Beşiktaş istiqamətinə gedərkən idarəetməni itirərək Oqtay Arayın idarə etdiyi 34 TAB 06 nömrəli taksi ilə toqquşub.

Nəticədə toqquşmanın gücündən havaya uçan taksi əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra dayanmış 34 LJA 221 dövlət nömrə nişanlı avtobusa dəyib. Zərbənin təsirindən sürücü pəncərədən taksisinin altına düşüb.

Qəza yerinə xilasedicilər, təcili yardım və polis əməkdaşları cəlb edilib. Taksinin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı vətəndaşların köməkliyi ilə çıxarılıb. Yaralı sürücü təcili yardımla xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Məlumata görə, Rəfail Əliyevin idarə etdiyi 99 MB 888 avtomobil Əhədov Vadim Mehdiyeviçin adınadır.