Azərbaycanlı jurnalistin məqaləsi dünya mətbuatındabackend

Azərbaycanlı jurnalistin məqaləsi dünya mətbuatında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin müəllifi olduğu məqalə dünya mətbuatında geniş işıqlandırılıb.

Editor.az xəbər verir ki, “Hərb tariximizin 44 günlük nəticəsi – Vətən müharibəsi” adlı məqalə yerli mətbuatla yanaşı, bir çox ölkənin nüfuzlu media orqanlarında da dərc edilib. Belə ki, Moldovanın nüfuzlu “tribuna.md”, Əlcəzairin baxımlı “alharir.info”, İraqın yerli “afkarhura.com”, Suriyanın (Hələb) “suriyeturkmenleri.com”, Ukraynanın tanınmış “newformat.info”, Azərbaycan Yəhudi Media Mərkəzinin oxunaqlı xəbər portalı “ajmedia.info”, informasiya agentliklərində dərc edilib.
Müəllif məqalədə müasir dövrdə müstəqil dövlətlərin gücünün göstəricisi olan ordu quruculuğunu şərtləndirən əsas amillərdən söz açır. Daha sonra müsəlman Şərqində yaranan ilk milli ordu sayılan Azərbaycan Ordusunun tarixindən bəhs edir. Məqalə 44 günlük Vətən müharibəsində qələbəmizin texniki və ordu quruculuğu baxımdan necə əldə edildiyindən yazır. Müəllif müharibə zaman Ordumuzun arsenalında olan silahlar barədə ətraflı məlumat verir. Həmçinin məqalədə Ordumuzun rəşadətli hərbçiləri və onların dünya hərb tarixinə qızıl hərflərlə yazılan şücaətləri barədə gerçəkləri qeyd edir. Ümumilikdə müəllif məqalədə 44 günlük Vətən müharibəsini şanlı Azərbaycan Ordusunun illər ərzində formalaşan və güclənən hərb tarixinin nəticəsi kimi qiymətləndirir.
Qeyd edək ki, bu, həmyerlimizin xaricdə yayımlanan ilk məqaləsi deyil. Bundan əvvəl də azərbaycanlı jurnalistin müstəqil Azərbaycan, Qarabağ həqiqətləri, ölkəmizin əlamətdar günləri ilə bağlı onlarla məqaləsi qardaş Türkiyə, Gürcüstan, Moldova, İraq, Rumınya, Misir, Əlcəzirə, Cənubi Koreya kimi ölkələrin tanınmış xəbər saytlarında işıqlandırılıb.
Eyni zamanda, Aydın Tağıyev müharibə dövründə yazılan ilk “Zəfər marşı”nın müəllifi, “Qarabağ həqiqətləri 1992-2020” video layihəsinin, 100-ə yaxın araşdırma məqalələrinin müəllifidir.
Məqalənin xarici mediada yayımlanan linklərinə buradan keçid edə bilərsiniz: