Azərbaycanlı müğənni Rusiyada qəzada ÖLDÜ – VİDEO – FOTObackend

Azərbaycanlı müğənni Rusiyada qəzada ÖLDÜ – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reyhan adlı azərbaycanlı müğənni Rusiyada dünyasını dəyişib.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, bu haqda aktyor və aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

O, həmin xanım sənətçinin dəhşətli avtomobil qəzasında vəfat etdiyini açıqlayıb.

Qəzadan sonra videogörüntüləri və Reyhanın fotosunu izləyiciləri ilə bölüşən Sərxan “Reyhan, Allah sənə rəhmət eləsin. Çox üzüldüm. Reklam sevməyən müğənni idi” sözlərini əlavə edib.

Aktyor bildirib ki, qəza dekabrın 19-dan 20-nə keçən gecə Rusiyanın vilayətlərinin birində baş verib.

“Avtomobildə dörd nəfər olub. Reyhan xanım və üç nəfər isə musiqiçi olub.  Onlar toydan qayıdarkən avtomobil qəzasına düşüblər. Musiqiçilər sağ qalsa da, Reyhan xanım aldığı ağır xəsarətlərə görə vəfat edib. Reyxan xanım 30 ildir ki, Moksvada yaşayırdı. Əslən Yevlaxdandır. Çox gözəl müğənni idi. Ailəsinə və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin”, – deyə S.Kərəmoğlu vurğulayıb.