Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi – səhhəti anidən ağırlaşıb – VİDEObackend

Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi – səhhəti anidən ağırlaşıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinovanın Bakıda başına iş gəlib.

Milli.Az xəbər verir ki, səhhətində ciddi problem yaşayan ifaçının qəfildən halı pisləşib. O təcili xəstəxanaya yerləşdirilib.

Həkimlərin ilkin diaqnozuna görə, Sevincin arterial təzyiqi kəskin minimuma enib. Onun səhhətinin yaxşılaşması üçün dərhal tibbi müdaxilə edilib.

Məlumata görə, müğənninin səhhəti düzəlməyə doğru gedir.