Azərbaycanlı müğənniyə fanatından ÇOX BAHALI HƏDİYYƏ – Avtomobil, ev… – FOTObackend

Azərbaycanlı müğənniyə fanatından ÇOX BAHALI HƏDİYYƏ – Avtomobil, ev… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyətlə, hədiyyə almağı, hədiyyə verməyi sevən insanam. Fikrimcə, hədiyyə almaq və hədiyyə vermək gözəl bir şeydir. Kimləri həm almağı sevir – yəni birtərəfli, kimləri hədiyyə verməyi sevir. Amma mən hər ikisini sevirəm”. 

Bunu açıqlamasında gənc müğənni Əhməd Mustafayev deyib.

İstedadlı ifaçı bildirib ki, tanımadığı şəxs(lər)dən qiymətli hədiyyə qəbul etməmişdən öncə bunun səbəbini sorğulayar:

“Mənə pərəstişkarlarım arasında bahalı hədiyyə verən olub. Amma baxır nə tərzdə, nə yöndə. Məsələn sənətimlə bağlı mənə bahalı gitara hədiyyə edən olub. Çox bahalıdır, qiyməti 12 min dollardır. Sənətimə aidiyyatı olduğu üçün mən bu hədiyyəni qəbul etmişəm.

Amma avtomobil, ev və mənim sənətimə aidiyyatı olmayan başqa bir hədiyyəni kimsə mənə təqdim etsə, mən təbii ki, burada hədiyyə verən adamdan soruşaram ki, “Niyə? Bu hədiyyəni mənə verməkdə məqsədin nədir?”. Şübhəsiz ki, bu işin altında mütləqdir ki, nə isə bir şeyin yatdığını fikirləşərəm. Bu səbəbdən də qəbul etmərəm. Amma bu hədiyyə sırf sənətimlə bağlıdırsa, sənətimi sevdiyinə görə, bu yöndə hədiyyə edildiyinə görə qəbul etmişəm”.

Milli.az