Azərbaycanlı professor vəfat etdibackend

Azərbaycanlı professor vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, texnika elmlər doktoru, professor Arif Quliyev vəfat edib.

Editor.az report-a istinadən bildirir ki, o, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Quliyev 3 fevral 1934-cü ildə Aşqabad şəhərində anadan olub.

1957-ci ildə Fərqanə Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib və Azərbaycana gəlib. Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.

1971-ci ildə – 37 yaşında texnika elmləri doktoru elmi dərəcəsi və 1972-ci ildə professor elmi adı alıb.

2003-cü ildən Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, baş elmi katib, qurumun Aparat rəhbəri olub.