Azərbaycanlı qadın Finlandiyada öldürüldübackend

Azərbaycanlı qadın Finlandiyada öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

Bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədirlərindən Arzu Oqtay feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.

Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az