Azərbaycanlı “qanuni oğru” bu cinayətlərdə ittiham olunurbackend

Azərbaycanlı “qanuni oğru” bu cinayətlərdə ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İstintaq Komitəsi “Rəşad Gəncinski” ləqəbli “qanuni oğru” Rəşad İsmayılovun işini məhkəməyə göndərib.

Editor.az lent.az-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva nümayəndəsi Yuliya İvanova bildirib.

Onun sözlərinə görə, “Rəşad Gəncinski” qətl və qanunsuz silah saxlamaqda ittiham olunur.

İvanova onun Moskvada bir sıra kriminal dairələrə nəzarət etdiyini bildirib.

İstintaq müəyyən edib ki, İsmayılov 2009-cu ilin mayında Moskvadakı kafelərin birində iki nəfəri güllələyərək öldürüb. Cinayətin motivi isə qisas olub.

Yaxın günlərdə Rəşad İsmayılovun məhkəməsi başlayacaq.