Azərbaycanlı şagird məktəbli qızı döydü – cinayət işi açıldı – VİDEObackend

Azərbaycanlı şagird məktəbli qızı döydü – cinayət işi açıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sverdlovsk vilayətində məktəbli qızı döyən azərbaycanlıya cinayət işi açılıb.

Editor.az  lent.az-a istinadən bildirir ki, cinayət işi İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə başlanılıb. Hadisə Nijniye Sergi şəhərindəki məktəbdə baş verib. Azərbaycanlı şagird rusiyalı məktəbli qızı döyüb.

Hadisəni əks etdirən videogörüntülərin mediada və sosial şəbəkələrdə yayılması nəticəsində bu iş geniş miqyas alıb.

Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Lakin sonradan Nijneserginski rayon prokurorunun müavini Andrey Matveyev bu maddəni ləğv edib. Hazırda onun qərarından Rusiya İstintaq Komitəsinin İstintaq Komitəsi tərəfindən apellyasiya şikayəti verilir. Bundan əlavə, regional istintaq idarəsi Cinayət Məcəlləsinin 293-cü (səhlənkarlığa görə) maddəsi ilə ikinci cinayət işi açıb.

Hazırda istintaq fəaliyyətinə birbaşa Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəhbərliyi nəzarət edir. İstintaq təkcə hadisənin baş verdiyi təhsil müəssisəsinin rəhbərliyinin deyil, həm də hadisəni törədən yeniyetmənin əməllərinə lazımi hüquqi qiymət verəcək. İstintaqın gedişinə idarənin mərkəzi aparatı da nəzarət edir.