Azərbaycanlı tələbə Koreya Respublikasının Kadr idarəetmə naziri ilə görüşmüşdürbackend

Azərbaycanlı tələbə Koreya Respublikasının Kadr idarəetmə naziri ilə görüşmüşdür  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin 9 dekabr tarixində Koreya Respublikasının Seul şəhərində magistratura təhsili alan müxtəlif dövlətlərin 20-30 yaş arası (M, Z nəsli) dövlət qulluqçuları ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan, İndoneziya, və Monqolustan da daxil olmaqla 8 ölkədən nümayəndə iştirak etmişdir.

Görüşə Koreya tərəfindən Koreya Respublikasının Kadr idarəetmə naziri cənab Kim Sonq Ho rəhbərlik etmişdir. Görüşdə müxtəlif ölkələrin dövlət idarəçiliyi, gənclər siyasəti, kadrların idarə olunması, İKT, innovasiyalar və bir sıra sahələr üzrə fikir mübadilələri aparılmışdır.
Həmçinin kadrların idarə olunmasında innovativ həllərin tətbiqi və Koreya təcrübəsinin paylaşılması ilə əlaqədar gələcəkdə ölkələr arası tərəfdaşlığa xüsusi diqqət yetirilməsi vurğulanmışdır.

Azərbaycanı Sunqkyunkvan Universitetində “Dövlət idarəetməsi” magistratura proqramında təhsil alan Rüstəm Abdullazadə təmsil etmişdir.

Qeyd etmək istərdik ki, Rüstəm Abdullazadə Koreyaya KOİCA Təqaüd Proqramı ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən göndərilmişdir.