Azərbaycanlı tələbəni öldürənə 19 il iş verilib, anası narazıdır – FOTObackend

Azərbaycanlı tələbəni öldürənə 19 il iş verilib, anası narazıdır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 2020-ci ilin yayında Rusiyanın Volqoqrad şəhərində 17 yaşlı azərbaycanlı Timur Qavrilov Vitaliy Vasilyev tərəfindən amansızcasına qətlə yetirilib. 2021-ci ilin oktyabrın 27-si Volqoqrad Vilayət Məhkəməsi V.Vasilyevi 19 il müddətə azadlıqdan məhrum edib.

Editor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, nə Timur Qavrilovun anası İrina Qavrilova, nə də Vitaliy Vasilyev məhkəmənin hökmü ilə razılaşıb. Bu səbəbdən də, İrina Qavrilova hökmdən apellyasiya şikayəti verib.

“Onu 19 il müddətinə azadlıqdan məhrum etdilər. O, bu 19 ilin 2 ilini artıq həbsxanada keçirib. Bu isə o deməkdir ki, o, 42 yaşında hələ cavan kişi olaraq həbsdən çıxacaq. O, azadlığa çıxacaq və uşaqları, insanları öldürməyə davam edəcək?!”, – deyə İrina Qavrilova söyləyib.

Onun sözlərinə görə, bir il əvvəl olduğu kimi Vitaliy Vasilyevə ömürlük həbs cəzasının verilməsinə təkid etməyə davam edəcək.

Həm İrina Qavrilovanın, həm də Vitaliy Vasilyevin şikayətinə iki aydan sonra Soçi Üçüncü Apellyasiya Məhkəməsində baxılacaq.