Azərbaycanlı vəkil: “Pandemiya müddətində ABŞ-da yaşayan həmvətənlərimiz sənəd məsələlərində ciddi problemlərlə qarşılaşıblar”backend

Azərbaycanlı vəkil: “Pandemiya müddətində ABŞ-da yaşayan həmvətənlərimiz sənəd məsələlərində ciddi problemlərlə qarşılaşıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı vəkil: “Pandemiya müddətində ABŞ-da yaşayan həmvətənlərimiz sənəd məsələlərində ciddi problemlərlə qarşılaşıblar”

Uzun illərdir ABŞ-da fəaliyyət göstərən tanınmış azərbaycanlı vəkil Vüqar Cəfərov Nyu-York şəhərində yaşayan həmvətənlərimizə konsultasiya verərək onların hüquqi proseslər və sənədləşmə məsələləri ilə bağlı müxtəlif suallarını cavablandırıb.

Editor.az xəbər verir ki, görüşdə COVID-19 pandemiyası dövründə ABŞ-da qanuni yaşayış hüququ almaq üçün müraciət edən həmvətənlərimizin sənədlərinin göndərilməsi və icrası prosesində və eləcədə digər hüquqi proseslərdə ciddi yubanmaların müşahidə edildiyi deyib.
V. Cəfərov qeyd edilən məsələlərin hüquqi həll yollarını görüş iştirakçılara izah edib,onların qarşılaşdığı problemlər ətrafında fikir mübadiləsi aparıb.
ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərində fəaliyyət göstərən V.Cəfərov həm də “Yaşıl kart” üçün müraciət, tələbə vizası ilə ABŞ-da yaşam şərtləri, vizaların yenilənməsi, pandemiya müddətində gecikən hüquqi proseslər və təbiq olunan cəzalar və s. məsələlər ətrafında həmvətənlərimizin suallarını cavablandırıb, onlara qaranlıq qalan məsələlərə aydınlıq gətirib:
“2003-cü ildən ABŞ-da yaşayıram. Öncə Ankarada, daha sonra ABŞ-da hüquq fakültəsini bitirdikdən sonra sığorta və maliyyə şirkətlərinə, eləcə də hüquq firmalarına məsləhət verən hüquq məsləhətxanasında işləmişəm. 2010-cu ildə isə öz firmamı qurmuşam. Hazırda ofisimiz Boston şəhərində yerləşir. Xüsusilə azərbaycanlıların yaşadığı bölgələrdə həmvətənlərimizə dəstək olmağa çalışırıq. Firmamızın əsas fəaliyyət sahəsi immiqrasiya dediyimiz federal hüquqdur. Biz bu gün dünyanın hər yerindən gələn insanlara yardım göstəririk. 130-dan çox ölkədən gələn və fəaliyyətimizdən yararlanan vətəndaşlar var. Hər gün müxtəlif problemlər barədə yüzlərlə məktub alıram. Məktub göndərən şəxslərin bir çoxu Bostona gələ bilmədiyi üçün mən onların yanına gəlmək istədim. Azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdən biri də, Nyu-Yorkdur. Elə buna görə də, onlarla görüş təşkil edib, həmvətənlərimizə kömək əlimi uzatmağa çalışdım. Pandemiya müddətində bir çox insanın sənədlərinin alınması ilə bağlı çox ciddi problemləri yaranıb. ABŞ-da hüquqi xidmətlər bir qədər baha olduğu üçün bəzi vətəndaşlarımız bu mövzuda əziyyət çəkilər. Ona görə də, bu kimi görüşləri ənənə halına gətirib, azərbaycanlılarla sıx-sıx görüşərək onlara köməklik edəcəyik”.

//Editor.az