Azərbaycanlı xilasedici: “Sağ çıxardığımız balaca qızın baxışları gözümün önündən getmir” – FOTO/VİDEObackend

Azərbaycanlı xilasedici: “Sağ çıxardığımız balaca qızın baxışları gözümün önündən getmir” – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zeynəb və Tamilla adlı qızları dağıntılar altından çıxara bildik. Onları xilas edənədək başlarını qatmaq üçün söhbət edirdik, müxtəlif suallar verirdik”.

N.İsgəndərov qeyd edib ki, axtarış-xilasetmə əməliyyatlarının ilk günündə bir uşağı xilas ediblər:

“Axtarış-xilasetmə əməliyyatlarının ilk günləri idi. Ərazidə işlər aparırdıq. Çətinliklə dərinliyə irəlilədik. Birdən səs gəldi, yaxınlaşanda gördük ki, dağıntılar altında balaca qız var. Adını soruşanda Minə olduğunu söylədi. Məndən tez ata və anasını soruşdu. Uşağın valideynləri isə dağıntılar altında qalaraq ölmüşdü. Minənin ata və anasından başqa digər 3 bacısı da orada həlak olmuşdu. Dağıntılar altında tək Minə sağ qalmışdı. Qız onların meyitlərini görməmişdi. O, məndən valideynlərini soruşan zaman bildirdim ki, “çöldə səni gözləyirlər”. Sonra dayanmadan məndən su istədi. Su verdim ki, bir qurtum içib dodağını yaşlasın. Ərazi təhlükəli olduğu üçün onu tez bir zamanda xilas etmək istəyirdik. Minənin əlindən su butulkasını aldım, lakin vermək istəmirdi. Mən həyatımda ilk dəfə bir uşağın əlindən su almağa çalışdım. Bu da mənə çox təsir etdi. Sonra işimizə davam etdik və xilasedici yoldaşlarımızla birgə Minəni dağıntılar altından sağ çıxardıq. O, heç bir xəsarət almamışdı. Həmin əməliyyat təxminən 3 saat çəkdi. Ərazini dırnağımızla qazanaq irəliyə doğru gedirdik. Minənin baxışları, “əlimdən tut” deməsi hələ də gözümün qabağından getmir, gecə yuxuma da girir. O, çox ağıllı, şirin qız idi”.