Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür – Açıqlandıbackend

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür – Açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin 10 noyabrından etibarən Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq Qarabağa xeyli sayda erməni ailələri köçürülüb. Buna baxmayaraq, Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olduğu yerlərinə azərbaycanlıların köçürülməsi ləngiyir.

Politoloq  İlqar Vəlizadə azərbaycanlıların köçürülməməsinin texniki səbəblərlə əlaqələndirib:

“Texniki məsələ ondan ibarətdir ki, bu illər ərzində ermənilər azərbaycanlıların yaşadığı evləri zəbt edərək, orada yaşayırlar. İndi də guya həmin evlər onların adınadır. Azərbaycanlıların qayıtması üçün bu ünvanları dəqiqləşdirməli, sənəd tərtib etməliyik. Soydaşlarımız bu ünvanlara mütləq qayıdacaq. Heç kəsin buna şübhəsi olmasın”.

Politoloq burada təhlükəsizliklə bağlı məqamların da olduğunu bildirib: “Proses təhlükəsizlik şəraitində baş verməli və ardıcıllıq, planlı şəkildə həyata keçməlidir.  Təəssüf ki, regionda hələ də separatçı qüvvələr fəaliyyət göstərir. İlk növbədə onlar zərərsizləşdirilməlidir. Nə qədər ki, Araik Arutunyan, Babayan və digərləri orada fəaliyyət göstərir, azərbaycanlıların həmin ərazilərimizə qayıtması bir qədər təhlükəli olacaq.  Bu prosesin təmin edilməsində isə sülhməramlılar da iştirak etməlidir”.

Politoloq bu məsələnin həllində Türkiyə hərbçilərinin də yer aldığı Monitorinq Mərkəzinə ümid edir: “Türkiyə sülhməramlılarının gəlişi ilə Monitorinq Mərkəzi fəaliyyətə başlayacaq.  Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də məhz azərbaycanlı məcburi köçkünlərin öz doğma el-obalarına qayıdışının təmininatı və separatçı qurumların ləğv edilməsidir”.

 

Sfera.az