“Azercell” Müştəri Xidmətləri artıq “İnstagram”ın şəxsi mesaj bölümündəbackend

“Azercell” Müştəri Xidmətləri artıq “İnstagram”ın şəxsi mesaj bölümündə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müştərilərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell Telekom” MMC rəqəmsal kanallar vasitəsilə göstərdiyi xidmətlərin çeşidini genişləndirir.

Şirkətdən verilən məlumata görə, abunəçilərinin müraciətlərini daha da operativ şəkildə cavablandırmağı hədəfləyən “Azercell” artıq “Instagram” sosial şəbəkəsinin şəxsi mesajlaşma bölməsi vasitəsilə də müştərilərinə xidmət göstərir. Qeyd edək ki, şirkət iki il öncə “Facebook” platformasında da bu funksiyanı işə salıb.

Statistika sübut edir ki, sosial şəbəkələr “Azercell” müştəri xidmətlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu ilin əvvəlindən indiyədək təkcə “Facebook”da “Azercell” təmsilçiləri 213 mindən çox abunəçinin müraciətini cavablandırıblar. Instagram-da isə bu rəqəm 70 minə yaxınlaşır. Digər populyar şəbəkə – “Twitter”də bu il ərzində şirkətin müştəri xidmətlərinə sorğu göndərənlərin sayı 3 500-ə yaxındır. “Azercell”in nümayəndələri şirkətin rəsmi “YouTube” kanalında da 300-ə yaxın müraciəti qəbul ediblər. Linkedin üzərindən isə bu müddət ərzində 126 “Azercell” abunəçisinin sorğusu daxil olub.

“Azercell”in “Facebook”, “Instagram”, “Twitter”, “Linkedin” və “YouTube” rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 784,678 istifadəçisi var. Xatırladaq ki, məhz “Azercell” 2012-ci ildə “Twitter” platformasının, 2013-cü ildə “Facebook” sosial şəbəkəsinin təsdiqlənmiş (verified) statusunu qazanan ilk mobil operator olub. Fəaliyyətini uğurla davam etdirən lider mobil operator 2019-cu ildə “Instagram”ın bütün verifikasiya meyarlarına cavab verərək səhifənin təsdiq nişanını alıb.

Bu səhifələrdən istifadə edən “Azercell” abunəçilərinə 24/7 rejimində yüksək keyfiyyətli xidmət təqdim olunur. Eyni zamanda, sosial şəbəkə hesablarında “Azercell”in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlər paylaşılır.

“Azercell”də baş verən ən son yenilikləri qaçırmamaq üçün bizi sosial şəbəkələr üzərindən izləməyi unutmayın.

Facebook: https://www.facebook.com/azercell

“Instagram”: https://www.instagram.com/azercell/

Twitter: https://twitter.com/Azercell

Linkedin: https://www.linkedin.com/company/azercell/mycompany/

YouTube: https://www.youtube.com/c/

Loading...