“Azercell Telecom”da nə baş verir? -Şirkətin prezidenti Zərinə Zeynalovaya ağır ittihamlarbackend

“Azercell Telecom”da nə baş verir? –Şirkətin prezidenti Zərinə Zeynalovaya ağır ittihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azercell-in prezidenti Zərinə Zeynalova ABŞ-da konsert verə bilir, amma dillerlərin pulunu vermir…

Novruz bayramı ilə bağlı mart ayının 20-də Azercell-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə ABŞ-ın paytaxtında Novruz bayramı münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil olunması ilə bağlı xəbəri oxuyanda sözün düzü, məəttəl qaldım.

Düşünə bilərsiniz ki, niyə ?

Burada təəccüblü nə var ki ?

Ölkəmizin ən imkanlı, ən varlı mobil operatoru milli bayramımızla bağlı milyonlar xərcləyərək ABŞ-da millətimizi təbliğ edib.

Azercell üçün milyonlar dənizdə bir damla deməkdir. Amma…

Əmması odur ki, Azercell-in Azərbaycanda yüzlərlə dilleri var.

Bilməyənlər üçün qeyd edək ki, dillerlər özləri ciblərindən pul verib obyekt icarəyə götürürlər, hər ay vergi ödəyirlər, işçi saxlayırlar və digər xərclər. Və Azercell-in telefon nömrələrini, konturlarını vətəndaşlara sataraq cüzi qazanc əldə edirlər.

Azercell isə aylarla dillerlərə olan borcunu ödəmir, dillerlər icarə pulunu verə bilmirlər və s.
Və Azercell dillerləri aldadır ki, “Rabitə naziri” dəyişidiyi üçün sizin pulunuzu verə bilmirik.

Adama deyərlər ki, rabitə nazirinin bu məsələyə nə dəxli var…

Həə, indi qayıdaq Amerikada Novruz bayramı məsələsinə…

Deməli, Vaşinqtonun ən məşhur konsert zallarının birində baş tutan tədbirə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxstan Respublikasının səfiri Yerjan Aşıkbayev, Özbəkistan Respublikasının səfiri Javlon Vahabov, Amerikadakı Azərbaycan və müxtəlif xalqların diaspor üzvləri, eləcə də yerli qonaqlar qatılıb.

Açılış nitqi ilə çıxış edən Azercell-in prezidenti Zərinə Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə tanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Zərinə xanım həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını öz əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib.

Bax bu yerdə Azercell-in prezidenti Zərinə xanım Zeynalovaya bir sualımız var.

Zərinə xanım, ABŞ-da tədbir keçirməyə gücünüz çatırsa, niyə yazıq, imkansız dillerlərinizin pulunu vermirsiniz ?

Axı, həmin dillerlər sizin şirkətin hər ay yüzlərlə nömrəsini satır, minlərlə kontur kartınızı realizə edir.
Bəli, buna şübhəniz olmasın.

Bunu sizə sübut edə bilərik. Axı, Azərbaycanın hər rayonunda, hər kəndində terminal-zad yoxdur.
Amma sizin hər kənddə istifadəçiniz var.

Bəli, siz öz müsahibənizdə deyirsiniz ki, 4, 7 milyon abunəçiniz var. Bunun ən azı 30 faizi rayonlarda yaşayırlar, onları nömrə və konturla dillerlər təmin edir.

Amerikada konsert verə bilirsən, amma Ağdaşdakı, Tovuzdakı dillerlərin pulunu vermirsən.

Yaxud milyonlarla istifadəçinin konturunu itirə bilirsiniz…

Məlumat üçün qeyd edək ki, Azercell Azərbaycanın ilk mobil operatorudur.

Dəfələrlə millət vəkilləri parlamentin tribunasından Azercell-in ünvanına elə kəskin ifadələr işlədiblər ki…
Yəni millət vəkilləri şirkəti kontur oğurluğunda, istifadəçiləri aldatmaqda ittiham ediblər.

Bu şirkətin ölkəmizin dövlət dilinə olan hörmətsizliyi barədə nə qədər yazılıb, amma faydası yoxdur.

Cənab Prezident İlham Əliyev dilimizin saflığı ilə bağlı sərəncam imzalayır, amma Azercell şirkətinin koorporativ bölməsində qeyri adi şriftlərdən istifadə olunur.

Bir sözlə, “Azercell” Azərbaycanın dövlət dilinə və əlifbasına sayğısızlıq nümayiş etdirir.
Bu barədə dəfələrlə deputatlar deyib ki, Azercell Azərbaycan dilinin anasını ağladır.
Hətta deputatlardan biri deyib ki, dövlət dilimizə hörmətsizlik etdiyinə görə, Azercell-i məhkəməyə vermək lazımdır.

Hətta Azercell-in qiymətləri, tarifləri də cəmiyyətdə ciddi müzakirə olunur və şirkət tənqid edilir.
Azercell-in “zerkalni” nömrələrinin qiymətləri isə heç bir əndazəyə sığmır.

Təsəvvür edirsiniz, Azercell-in 70-80 min manat dəyərində telefon mömrələri var.

Yaxşı bu nömrələrin satışından dövlət büdcəsinə NEÇƏ QƏPİK daxil olur..?

Deməli, vergidən yayınırsınız.

Bəli, mediada dəfələrlə yazılıb ki, Azercell 051-777-77-77 nömrəsini 70 min manata satır

Təsəvvür edirsniz 70 min manata telefon nömrəsi.

Hətta hazırda həbsdə olan sabiq deputatlarımızdan biri az öncə 211-lə başlayan telefon nömrəsini satıb borclarını bağlamaq istəyirdi.

Bəli, Azercell şirkəti maxinasiyaların mənbəyidir.

Bir gün bunun haqq-hesabı sorulacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: www.gundelik-baku.com