Azərdən Vüsalə Əlizadəyə sərt cavab: “Bu sevgini tapmaq…”backend

Azərdən Vüsalə Əlizadəyə sərt cavab: “Bu sevgini tapmaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Editor.az xəbər verir ki, Azər Zahid İnstaqramda həyat yoldaşı ilə fotosunu paylaşaraq ad çəkmədən keçmiş həyat yoldaşı Vüsalə Əlizadəyə söz atıb:

“Həyatım o qədər gözəldir ki, hər kəsə gözəl gün arzu edirəm. Ailə gözəl şeydir. Bilirsiniz ki, ailədə ən vacib nədir? Sevgi. Bu sevgini tapmaq özü qismətdir. Mənim qismətimə yazılan tale, bu qədər xoşbəxt olmaq, o deməkdir ki, Allah hər şeyi zamanla, vaxtında, vədəsində yetirdi. Hər kəsə xoşbəxt dəqiqə və gün arzu edirəm”.

Qeyd edək ki, Vüsalə Əlizadə “Onun sirri” verilişində keçmiş həyat yoldaşı Azər İsmayılovdan ayrılması haqqında
bu sözləri demişdi:

“Artıq doqquz ildir ki, biz ayrılmışıq. Diləyin bir yaşı var idi. Diləyə görə susmuşam. Deyəcək sözüm də var. Övladım zamanı gələndə hər şeyi biləcək. O, insanla bağlı heç nə danışmaq istəmirəm. Onun da ailəsi var, özü bilər, öz həyatını yaşasın. Mən övladımla çox xoşbəxtəm, onun sevgisi bir dünyadır. Hamı bilir ki, ailəmin dağılmasında bir qram səhvim olmayıb”.

Xatırladaq ki, Azər Zahid üçüncü dəfə evlənib. O, aparıcı Vüsalə Əlizadə və Nəcibə adlı xanımla ailəli olub.
Onun Vüsalə Əlizadə ilə nikahından Dilək adlı qızı var.