“Azəriqaz”ın Baş direktoru ilə tələbə yoldaşının istixana kompleksləri – FOTObackend

“Azəriqaz”ın Baş direktoru ilə tələbə yoldaşının istixana kompleksləri – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyində satış və istismar üzrə müavini onun tələbə yoldaşı Cahid Hüseynovla şərikli biznesi var.

Belə ki, Ruslan Əliyevlə Cahid Hseynovu birləşdirən əsas maraq onların hektarlarla istixana kompleksinə sahib olmasıdır.

Bu barədə “Azəriqaz”dakı mənbədən məlumat daxil olub.

Xatırladaq ki, Cahid Hüseynovun yalnız Salyan rayonunda 2 hektarda istixana kompleksi var. Həmin komplekslərdə qaz sayğacından ya istifadə edilmir, ya da ciddi qanun pozuntuları nəticəsində qazpulunin həcmi azaldılır.

Onun digər sahələrdə də bizneslə məşğul olduğu deyilir. Adının çəkilməsini istəməyən mənbə onu da bildirir ki, Cahid Hüseynov eyni zamanda qaz sayğaclarına da nəzarəti həyata keçirir.

Əlbəttə, deyilən faktlar hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmaldıır.

Qeyd edək ki, Cahid Hüseynovun bir qardaşı da vaxtilə Enrergetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışmış Cəfər Hüseynov olub. Mediada dərc edilən məlumatlara görə, o zaman Cəfər Hüseynov işində yol verdiyi nöqsanlara və maliyyə yeyintilərinə görə vəzifəsindən kənarlaşdırılıb.

 

Konkret.az

Loading...