“Azəriqaz”ın direktor müavininin bacanağının məhkəməsi başlayır – FOTObackend

“Azəriqaz”ın direktor müavininin bacanağının məhkəməsi başlayır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmə maddəsi ilə həbs edilən 2 nəfərin məhkəməsi başlayır.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən Aslanov Bayram Mətləb oğlu və Quliyev Rəşad Cavad oğlunun məhkəmə prosesinin hazırlıq iclası 19 mart tarixində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək.

Cinayət işində 3 nəfər- Abdullayev Şirin Tapdıq oğlu, Şıxıyev Rasim Bəyoğlan oğlu və Quliyev Emin Faiq oğlu zərərçəkmiş qismində tanınıblar.

Qeyd edək ki, həbs edilənlərdən Bayram Aslanov “Azəriqaz”ın direktor müavini Cahid Hüseynovun bacanağıdır.

“Azəriqaz”ın direktor müavininin bacanağının məhkəməsi başlayır - FOTO