“Azəriqaz”ın yeni rəhbərinin ilk “uğurlu iş”i: Bayram günü Bakının bu hissəsi qazsız qaldı – YENİLƏNDİbackend

“Azəriqaz”ın yeni rəhbərinin ilk “uğurlu iş”i: Bayram günü Bakının bu hissəsi qazsız qaldı – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonuna qazın verilişi bərpa edilib.

***

16:34

Martın 20-də, Novruz bayramı günü Bakının Sabunçu rayonunun bir hissəsi qazsız qalıb.

Bu barədə Pravda.az-a sakinlər məlumat veriblər.

Bildirilib ki, qaz təchizatında problemlər gün ərzində olub: “Qaz əvvəlcə zəiflədi, sonra tamamilə məhdudlaşdırıldı. Bayram ərəfəsində, üstəlik də soyuq hava şəraitində bu cür addım yolverilməzdir. “104” və “185” çağrı mərkəzindən isə bildirildi ki, guya hansısa hissədə qəza olub. Nə vaxt bərpa olunacağını da bilmirlər. Qaz xəttində qəza olması ilə bağlı hər hansı məlumata rast gəlməmişik, elə olsaydı, qurum məlumat yayardı. Yəni bu, inandırıcı deyil. Guya gücləndirilmiş rejimində çalışacaqdılar. Yeni rəhbərin “gücləndirilmiş rejimi” budurmu?”

 

Qeyd: “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcəyi ilə bağlı məlumat yaymışdı. Bildirilmişdi ki, qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar. Bakı Regional Qazın Satışı Departamentinin 24 nəfər mühəndis heyəti də Departamentin inzibati binasında və Qaradağ xidmət sahəsində 20-26 mart, Xəzər, Sabunçu və Abşeron xidmət sahələrində isə 22-26 mart saat 10:00-dan 14:00-dək xidmətlərini icra edəcəklər. (24 mart tarixində yalnız Sabunçu xidmət sahəsində xidmət göstərilməyəcək). Əlavə olaraq onu da qeyd etmək istəyirik ki, “ASAN Kommunal” mərkəzləri 25 mart tarixindən tam şəkildə fəaliyyətinə davam edəcək. Abonentlərdən xahiş edirik ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 24/7 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə zəng edərək və ya 077 3 104 104 “Whatsapp” nömrəsinə yazaraq məlumat versinlər.

Xatırlatma: Bir müddət əvvəl, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. Həmin vəzifəyə sədrin müavini Azər Məmmədov təyin olunub.