Azəristilik”in “Azəriqaz”a 25 milyon borcu var – Borcu olan qazanxanalara qaz verilməyəcək? – VİDEObackend

Azəristilik”in “Azəriqaz”a 25 milyon borcu var – Borcu olan qazanxanalara qaz verilməyəcək? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qurumun digərinə olan borcu vətəndaşları çıxılmaz vəziyyətdə qoya bilər. Söhbət “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan 25 milyon manata yaxın borcundan gedir. Bu məbləğ ödənməzsə, qarşıdan gələn soyuq qış günləri bəzi vətəndaşlar üçün ciddi problem yaradacaq. Borcu olan qazanxanalara qaz verilməyə bilər.

Editor.az Xəzər TV-yə istinadən xəbər verir ki, “Azəristiliktəchizat”ın “Azəriqaz”a 25 milyon manata yaxın borcu var. Bu da qarşıdan gələn soyuq qış günlərində bəzi vətəndaşları istilik üzünə həsrət qoya bilər.

“Azəriqaz”ın mətbuat katibi Eldəniz Vəliyev deyir ki, “Azəristiliktəchizat” bu borcu uzun illər ödəməyərək bu məbləğə çatdırıb. İndi də ödəməlidir. Əks təqdirdə məhdudiyyətlər olacaq.

Eldəniz Vəliyev deyir ki, bu fikri 506 qazanxananın hamısına aid etmək olmaz. Çünki qazanxanaların müəyyən hissəsi istehlak etdiyi mavi yanacağa görə yaranan borcu ödəyib. Problem yalnız ödəməyənlər üçün yarana bilər.

Məsələ ilə bağlı “Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev “Xəzər Xəbər”ə bildirdi ki, bütün qazanxanalar payız-qış mövsümü ilə yanaşı, yayda da isti su rejimində fəaliyyət göstərir. Buna görə də hər ay borc əmələ gəlir.

Qeyd edək ki, noyabrın 1-dən dağlıq və dağətəyi rayonlarda istilik verilib. Digər ərazilərdə və Bakıda isə istilik mövsümü noyabrın 15-də başlayır.