backend

“Azərsun” yarım ton leş ət işini necə ört-basdır edir? – İlginc müəmma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsun” yarım ton leş ət işini necə ört-basdır edir?“Azərsun” holdinq yarım ton leş ət söhbətini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır
şirkət bu dəfə medianın Xaçmazdakı “Qafqaz” konserv zavoduna səfərini təşkil edib.
Media ilə əməkdaşlıq çərçivəsində holdinq zavodun şəffaf fəaliyyət göstərdiyini, kənar tədarükçüdən ət məhsulu qəbul etmədiyini ictimaiyyətin diqqətinə çatdırmağa çalışıb.
Amma Eynulla Məmmədov adlı şəxsin yarım ton leş əti hara apardığına aydınlıq gətirilməyib. Onun sözlərinə görə, bu ət məhsullarını zavoda aparırmış.
Zavod isə iddia edir ki, yalan danışır. Amma həmin şəxsdən ifadə alınıb soruşan yoxdur ki, bəs bu mənşəyi bilinməyən ət məhsulları hansı aparılacaqdı. Saxlanan şəxsin bu ət məhsullarını niyə məhz “Qafqaz”a apardığını deməsinin səbəbi araşdırılmır.
Eyni zamanda Dövlət Baytarlıq Xidməti də ilk açıqlamasında buraxdığı “quş”u düzəldərək “Azərsun”a qahmar çıxmağa çalışır.
Lakin nəzərə almaq lazımdır ki, tutulan şəxs apardığı 500 kilo ətu hansısa sexə və ya başqa şirkətə çatdıracağını deyə bilərdi.
O, məhz “Azərsun”a məxsus zavodun adını çəkib. Biz bununla iddia etmirik ki, zavod murder ət istehsal edir və konservləşdirib satır. Sadəcə, müəmma tam açılmır.
Əgər həmin şəxs qorxusundan bu holdinqin adını çəkibsə, onda belə çıxır ki, “Azərsun”un əlində təzyiq aparatı var və onunla ehtiyatlı davranırlar, hətta dövlət qurumları da irəli gedə bilmir.
“Azərsun” holdinqin yarım ton leş ətlə bağlı həyəcanlanması və mətbuatı zavoda dəvət etməsinin başqa bir sirri isə bazarda reputasiyasın zərbə ilə əlaqədardır.
Rəqabət mühitində holdinq ciddi mənfi rəy qazanır və istehlakçılar bu məhsullara yaxın getmirlər. Ancaq yarım ton ətin zavodda istifadə edildiyini Eynulla adlı şəxsdən təkrar soruşmaq lazımdır.
Düzdür, o təkzib edəcək, zavod da dəvət etdiyi jurnalistlərə mənşəyi bilinməyən ətdən istifadə etdiklərini təsdiqləməz, hətta media zavodda leş ət tapa da bilməz.
Yəni, başdan-ayağa formal xarakterli bir hadisədir və yalnız obyektiv araşdırmalar həqiqəti üzə çıxara bilər.
Bununla belə, “Azərsun”un hadisəyə reaksiyası müəyyən şübhələrə yol açır. Tutulan şəxsin isə nə dediyini Baytarlıq Xidmətindən dəqiqləşdirmək lazımdır. Amma Baytarlıq Xidməti də ilk açıqlamasının ziddinə hərəkət edir.
 
//Ulus.Az