“Azərxalça”nın həbs edilən sədri – YAP üzvü, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli professor…backend

“Azərxalça”nın həbs edilən sədri – YAP üzvü, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli professor…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovu tutduğu vəzifədən azad edib.

Vidadi Muradov artıq həbs edilib. Baş Prokurorluğun dünən yaydığı məlumata görə, V.Muradov “Azərxalça”ya məxsus bir neçə milyon manatı talan edərək mənimsəyib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.

V.Muradov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Azərxalça” ASC-nin sədri vəzifəsindən çıxarılaraq həbs edilmiş Vidadi Muradov kifayət qədər tanınmış və titullu şəxs olduğundan onun saxlanılması təəccüblə qarşılanıb.