“Azərxalça”nın yeni sədri Elxan Məmmədovun qardaşıdır – DOSYEbackend

“Azərxalça”nın yeni sədri Elxan Məmmədovun qardaşıdır – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə, Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Editor.az xəbər verir ki, E.Məmmədov  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimidir, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Yeni sədr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.

“Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

E.Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.

Qeyd edək ki, E.Məmmədovun xalq rəssamı Səlhab (Salxab) İsa oğlu Məmmədovun oğlu, AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun qardaşıdır.

 

Unikal.org