“AZGRANATA” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürdübackend

“AZGRANATA” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AZGRANATA” MMC işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən Orduya dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb. Şirkət bu addımı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda, Mübariz Azərbaycan Ordusunun əsgərlərinə dəstək üçün atdığını açıqlayıb.

Qeyd edək ki, 2011-ci ildə inşa olunmuş təxminən 14 hektar sahəni əhatə edən zavod Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. “AZGRANATA” meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.