“Azneft”in elektrik montyoru dünyasını dəyişibbackend

“Azneft”in elektrik montyoru dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 17:30 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “28 may” Neft-Qaz Çıxarma İdarəsinin elektrik montyoru Qürbət Abusələddin oğlu Rəsulov iş yerində yüksək gərginlikli elektrik xəttinin altına düşərək dünyasını dəyişib.

“MediaPost”bu barədə “Azneft”ə istinadən xəbər verir.

Məlumata görə, faktla bağlı İstehsalat Birliyində komissiya yaradılıb, hadisənin baş vermə səbəblərini araşdırır. Nəticələr barədə əlavə məlumat veriləcək.