“Azov”un Amerika silahlarından istifadəsinə qoyulan qadağa ləğv olunubbackend

“Azov”un Amerika silahlarından istifadəsinə qoyulan qadağa ləğv olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Ukraynanın “Azov” hərbi bölməsinin Amerika silahlarından istifadəsinə qoyulan qadağanı ləğv edib.

Editor.az “Washington Post”a istinadən bildirir ki, bu barədə Dövlət Departamentindən bildiriblər. Alayın əsgərlərinə 2018-ci ildən Ukraynaya ABŞ-dan gətirilən silahlardan istifadə etmək rəsmən qadağan edilmişdi: “Hərtərəfli yoxlamadan sonra Ukraynanın 12-ci xüsusi təyinatlı “Azov” briqadası ABŞ Dövlət Departamentinin apardığı “Leahi” yoxlamasından keçib və heç bir qanun pozuntusu aşkar edilməyib”, – nəşr bildirir.

//Samir Qurbanov, Editor.az