“Azovstal” atəşə tutuldu: yaralılar var, müdafiəçilərin xəstəxana ilə əlaqəsi kəsilibbackend

“Azovstal” atəşə tutuldu: yaralılar var, müdafiəçilərin xəstəxana ilə əlaqəsi kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Mariupoldakı “Azovstal” zavodunu atəşə tutması nəticəsində yaralılar var, lakin hazırda müdafiəçilərin xəstəxana ilə əlaqəsi kəsilib.

Bu haqda “Kalina” kimi tanınan “Azov” alayının komandirinin müavini, kapitan Svyatoslav Palamar “Ukrainska Pravda”ya deyib.

“Bütün gecə ərzində atəşə tutulmuşuq, həm də aviasiya tərəfindən. Yaralılar var. Xəstəxananın üzərində aviasiya işləyir, onlarla əlaqəmiz belə yoxdur. Onların hamısını hara təxliyə edəcəyimizi belə bilmirik”, – o deyib.

Milli.az