“Azovstal”da əməliyyat gedirbackend

“Azovstal”da əməliyyat gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Komandanlıq “Azovstal”dadır, müəyyən əməliyyat gedir”.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Azov” alayının komandirinin müavini, kapitan Svyatoslav Palamar (Kalina) xalq deputatı Aleksey Qonçarenkonun yayımladığı videomüraciətdə bildirib.

“Mən və komandanlıq “Azovstal” zavodunun ərazisində yerləşirik. Müəyyən əməliyyat gedir, onun təfərrüatlarını açıqlamayacağam”, – o deyib.

Palamar göstərdiyi dəstəyə görə dünyaya və Ukraynaya təşəkkür edib.

“Görüşərik”, – deyə əsgər əlavə edib.